"Qalatasaray" "Napoli"nin hücumçusu Viktor Osihmenin transferini açıqlayıb.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı forvard artıq İstanbuldadır.
25 yaşlı futbolçu icarə əsasında yeni komandasında çıxış edəcək. Osihmenlə bağlanacaq müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Viktor Osihmen 2020-ci ildən çıxış etdiyi “Napoli”də 133 matçda 76 qol vurub.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb