03 sentyabr 2024 12:32
433

Tərtərdə traktor qaz xəttini zədələyib, 22 kənd qazsız qalıb

Tərtər rayonunun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə “İki sahil” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:40-da traktor qazıntı işləri aparan zaman Tərtər rayonunun 22 kəndini qazla təmin edən d-219 mm-lik qaz xəttinə zərər yetirib. Bu səbəbdən hazırda rayonun 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Təmir-bərpa işlərinə artıq başlanılıb. Gün ərzində işlərin yekunlaşdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.