"Kəpəz" yeni transfer gerçəkləşdirib.
“İki sahil” xəbər verir ki, bu haqda klubun yaydığı açıqıamada bildirilib.
Gəncə təmsilçisi Rauf Hüseynlini heyətinə cəlb edib. 24 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb. Hüseynli müdafiəçi mövqeyində çıxış edir.
Onun son klubu "Qəbələ" olub.
Xatırladaq ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiaye, İlkin Qırtımov, Viktor Braqa və Orxan Əliyevi də heyətinə cəlb edib.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb