Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifə Şenol Günəşə həvalə olunub.
72 yaşlı mütəxəssis bu postda Abdullah Avcını əvəzləyib.
Qeyd edək ki, Şenol Günəş daha əvvəl 4 dəfə müxtəlif vaxtlarda “Trabzonspor”un baş məşqçisi olub.
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb