Azərbaycan təmsilçisi Cahan Musayev Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
“İki sahil” xəbər verir ki, parakamandan oxatmada mübarizə aparan idmançı 1/16 final mərhələsində iranlı Məhəmməd Reza ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 6:4.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb