"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının I mərhələsində növbəti dəfə məğlub olub.
“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Gürcüstanın “Lançxuti” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 2:1.
Qeyd edək ki, "ağ-qaralar" ilk matçında Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzub - 0:5.