10 sentyabr 2024 09:09
269

“Birbaşa”nın baş məşqçisi: Avropa komandaları Azərbaycan təmsilçilərindən çəkinməlidir

"Avropa komandaları Azərbaycan təmsilçilərindən çəkinməlidir".

“İki sahil” xəbər verir ki, bu sözləri Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa" komandasının baş məşqçisi Dan Marius Mitu jurnalistlərə açıqlamasında deyib.

Rumın mütəxəssis komandası ilə qürur duyduğunu bildirib: "Futbolçular əla mübarizə apardılar. Biz nəyə qadir olduğumuzu bütün dünyaya sübut etdik. Kubok haqqımız idi, onu aldıq. "Birbaşa"nı Avropa və dünya xəritəsində birinci pilləyə qaldırmaq istəyirik. Bilirəm ki, bunu bacaracağıq".

Qeyd edək k, "Birbaşa" finalda Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasının qalibi olub.