10 sentyabr 2024 14:20
272

Çində 43 nəfər futboldan ömürlük uzaqlaşdırılıb

Çində 43 nəfər qumar və danışılmış oyunlar səbəbindən futboldan ömürlük uzaqlaşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Futbol Assosiasiyası (CFA) məlumat yayıb.

Cəzalandırılanlar arasında Çin millisinin sabiq futbolçuları Sin Sindao, Quo Tianyu və Qu Çao, həmçinin cənubi koreyalı oyunçu Sonq Çun Ho da var. Çin hakimiyyəti iki ildir ki, onlayn qumar, danışılmış oyunlar və rüşvətlə bağlı məsələləri araşdırır.

İstintaqda 120 matç, 128 cinayətdə şübhəli bilinən şəxs və 41 futbol klubu iştirak edib. İttiham olunanlardan 17 nəfəri beş il müddətinə diskvalifikasiya edilib.