10 sentyabr 2024 23:12
263

Harri Keyn İngiltərə millisində 100-dən artıq oyun keçirən onuncu futbolçu olub

İngiltərə millisinin futbolçusu Harri Keyn yığmanın heyətində 100-dən artıq oyun keçirən onuncu futbolçu kimi tarixə düşüb.

“İki sahil” xəbər verir ki, 31 yaşlı hücumçu Millətlər Liqasının hazırda davam edən Finlandiya ilə matçında meydana çıxıb və milli tarixində 101-ci qarşılaşmasını keçirir.

"Bavariya"nın (Almaniya) hücumçusu İngiltərə millisini meydana kapitan sarğısında çıxarıb.

Yığmanın heyətində 100-dən artıq matç keçirən digər doqquz futbolçunun adlarını təqdim edirik:

1. Piter Şilton(125)

2. Ueyn Runi (120)

3. Devid Bekhem (115)

4. Stiven Cerrard (114)

5. Bobbi Mur (108)

6. Eşli Koul (107)

7. Bobbi Çarlton (106)

8. Frenk Lempard (106)

9. Billi Rayt (105)