10 sentyabr 2024 23:32
260

Salah Misir millisinin heyətində 100-cü matçına çıxıb

Misir yığmasının hücumçusu Məhəmməd Salah millinin heyətində 100-cü matçına çıxıb.

“İki sahil” xəbər verir ki,  "Liverpul"un (İngiltərə) hücumçusu buna Botsvana yığması ilə 2025-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində keçirilən oyunda (4:0) nail olub.

Eyni zamanda o, sözügedən qarşılaşmada fərqlənməklə yığma tarixindəki 56-cı qoluna imza atıb.

Qeyd edək ki, Misir millisində ən çox oyun keçirən futbolçu 184 görüşdə meydana çıxan Əhməd Həsəndir.