12 sentyabr 2024 19:16
267

"Barselona"nın yarımmüdafiəçisi məşqləri bərpa edib

"Barselona"nın yarımmüdafiəçisi Qavi komanda ilə ümumi məşqlərə qayıdıb. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Qavi İspaniya millisinin heyətində dizindən zədə alıb və mövsümün sonuna qədər sıradan çıxıb. Ötən mövsüm Qavi 15 oyun keçirib, iki qol vurub və bir qolun ötürməsini verib.