12 sentyabr 2024 22:45
273

“Real”ın 3 futbolçusu zədəsini sağaltdı

“Real”ın 3 futbolçusu zədəsini sağaldıb.

“İki sahil” “Marca”ya istinadla xəbər verir ki, bunlar yarımmüdafiəçilər Cud Bellingem, Orelyen Tçuameni və müdafiəçi Eder Militaodur. Onlar komanda ilə məşqlərə başlayıblar. Yeni sağalan futbolçuların La Liqanın 5-ci turunda “Real Sosyedad”a qarşı matçda oynamaq ehtimalı da var.

Qeyd edək ki, “Real Sosyedad” – “Real” qarşılaşması 14 sentyabrda keçiriləcək.