13 sentyabr 2024 10:17
258

İspaniya Kral Futbol Federasiyası irqçiliklə bağlı xüsusi protokolun tətbiqini təsdiqləyib

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqa rəhbərliyi ilə birlikdə matç iştirakçılarına qarşı irqçilik halında xüsusi protokolun tətbiqini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə RFEF-in mətbuat xidməti məlumat yayıb.

Protokol İspaniya çempionatının oyunları zamanı tətbiq olunacaq. Hakim futbolçulardan və ya təhlükəsizlik işçilərindən tamaşaçıların irqçi davranışları ilə bağlı məlumat alacağı təqdirdə, oyunu dayandırmalı və stadionda xəbərdarlıq edilməlidir.

Bu cür hallar təkrarlanarsa hakim oyunu müvəqqəti dayandıracaq və irqçi davranışlara son verilənə qədər komandalar paltardəyişmə otaqlarında gözləyəcəklər.

İrqçi davranışlar yenə davam edərsə, hakimin qərarı ilə oyun birdəfəlik dayandırılacaq.