Avropa Voleybol Konfederasiyasının (CEV) Bolqarıstanın paytaxtı Sofiyada Regional Voleybol İnkişaf Mərkəzxlərinin xətti ilə keçirəcəyi məşqçi-müəllimlərin beynəlxalq koversiyasında iştirak edəcək Azərbaycanlı məşqçilər müəyyənləşib.
Voleybol Federasiyasından "İki sahil"ə verilən məlumata görə 53 ölkənin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə ölkəmizdən 4 məşqçi - Rəvan Mehdiyev, Vüqar Əliyev, Tural Teymurov və Qəmzə Cəfərzadə öz biliklərini daha da genişləndirmək üçün qatılacaqlar.
Qeyd edək ki, konversiya sentyabrın 14 və 15-də keçiriləcək. 2 gün davam edəcək konversiyada orta məktəb müəllimləri, aşağı yaş qruplarında çalışan məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaqlar.
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb