"Campos Racing" komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
“İki sahil” xəbər verir ki, sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Onun avtomobili 6-cı döngədə fırlanıb. Pilot maneəyə təmasdan yayına bilib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb