İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Premyer Liqada "Brentford"la matçı buraxa bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Buna səbəb futbolçunun ailə dostu İvar Eqqjanın dünyasını dəyişməsidir. Klub bununla əlaqədar futbolçuya qısamüddətli məzuniyyət verəcək. İ.Eqqja Erlinqin atası Alf-İnq Holannın, həmçinin futbolçunun çox yaxın sirdaşı idi.
Qeyd edək ki, "Mançester Siti" - "Brentford" matçı sabah keçiriləcək.
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb