13 sentyabr 2024 15:53
290

"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.

“İki sahil” xəbər verir ki, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi birinci olub.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ilk pilləni tutub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.