“Liverpul”un sabiq müdafiəçisi Deyan Lovren Yunanıstanda çıxış edəcək.
“İki sahil” xəbər verir ki, xorvatiyalı futbolçu PAOK-a keçib. Yunanıstanın "Sport.24" nəşri artıq Lovrenin yeni klubu ilə 2 illik müqavilə imzaladığını yazıb.
Son klubu "Lion" olan 36 yaşlı futbolçu PAOK-a azad agent kimi keçib.
Qeyd edək ki, Xorvatiya millisi ilə Avro-2018-in gümüş mükafatçısı olan Deyan Lovren DÇ-2022-nin də bürünc medalçısıdır.