"Alpin" komandasının pilotu Esteban Okonun Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
“İki sahil” xəbər verir ki, üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Onun avtomobili trasda dayanıb. Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.