"Ötən il bu yarış üçün Yaponiyaya getmişdik. Bu il isə Azərbaycana səfər etdik".
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Meksikadan olan turist Klaudia Karmona Azərbaycanın 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 yarışı barədə təəssüratlarını bölüşərkən deyib.
O, ilk dəfə Bakıya səfər etdiyini bildirib: "Azərbaycan Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşıb. Hər şey idealdır. Təşkilatçılıqdan çox razıyam. Həyəcanlıyıq, çünki yarış istədiyimiz kimi keçir".
Onun sözlərinə görə, Bakı öz görünüşü ilə insanı heyran edir: "Bura gözlədiyimizdən də yaxşıdır. Yeməklər inanılmaz dərəcədə dadlı, insanlar isə çox mehribandırlar. Biz Bakıda əla vaxt keçiririk".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.