"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub "Frayburq"dan Rolan Sallaini transfer edib. 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
"Aslanlar" keçidə görə 6 milyon avro ödəyəcəklər. Oyunçunun illik maaşı isə 2,5 milyon avro olacaq.
Qeyd edək ki, 2018-ci ildən "Frayburq"da oynayan Sallai bu müddət ərzində 163 rəsmi matçda 27 qol vurub və 23 qolun ötürməsini verib.