Bakıda səfərdə olan Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel ilə Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, R.Blondel ölkəmizə dəvətə görə Milli Paralimpiya Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, Azərbaycan milli komandasının Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı nəticə münasibətilə təbrik edib.
Görüşdə ölkəmizdə Paralimpiya hərəkatının inkişaf perspektivləri, Avropa Paralimpiya Komitəsi ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.