"Red Bull"un niderlandlı pilotu Maks Ferstappenin "Formula 1" üzrə Azərbaycan Qran-prisindəki əsas hədəfi bəlli olub.
“İki sahil” xəbər verir ki, 26 yaşlı sürücü bu barədə ölkəsinin mətbuatına açıqlama verib.
Ferstappen məqsədinin yarışı "McLaren" sürücüsü Lando Norrisdən irəlidə bitirmək olduğunu söyləyib.
"Hazırda ən vacib olan da budur", - deyə təcrübəli pilot bildirib.
Qeyd edək ki, Ferstappen Bakıdakı əsas yarışa 6-cı, Norris isə 16-cı pillədə start verəcək. Azərbaycan Qran-prisi saat 15:00-da başlayacaq.
Norris cari mövsümdə Ferstappenin əsas rəqibi hesab edilir. Niderlandlı pilot sona 8 mərhələ qalmış 303 xalla liderdir. Norris isə 241 xalla ikinci sırada qərarlaşıb.