Burada olmaq və dünyanın bir nömrəli avtomobil yarışını izləmək çox xoşdur.
Bunu Vətən müharibəsi qazisi Rafiq Rəhimov Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, yarışı tribunadan izləməsi barədə danışıb:
"Bizim üçün yaxşı şərait yaradılıb. Hər kəsə minnatdaram. Pilotlara isə uğurlar arzulayıram. Fəxr edirəm ki, ölkəmizdə bu cür beynəlxalq səviyyəli yarış keçirilir".
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da başlayacaq.
"Report"