15 sentyabr 2024 23:23
269

Türkiyə PUA bazarının lideridir

“Türkiyə 2021-ci ilə görə dünyanın ən böyük hərbi PUA tədarükçüsüdür”.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ-da yerləşən tədqiqat təşkilatının hazırladığı hesabatda qeyd edilib.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzi hərbi pilotsuz uçan aparatların qlobal bazarı ilə bağlı araşdırma dərc edib.

Araşdırmada Türkiyə, Çin və İranın ucuz hərbi pilotsuz uçuş aparatları inkişaf etdirərək bazarda yüksəlişinə diqqət çəkilib.

Hesabatdakı məlumatlara görə, son 10 ildə qlobal hərbi PUA satışları sürətlə artıb. Çinin bazardakı payı 2014-cü ildə zirvəyə çatdığı halda, Türkiyə 2021-ci ildə Çini geridə qoyub.

2022-ci ildə altı ölkə Türkiyədən “Bayraktar TB2” alıb. Silahlı PUA-ların sürətli çatdırılma müddətləri və uğurları Türkiyəni liderliyə yüksəldib.

2021-ci ildən Türkiyə qlobal bazarda ən böyük hərbi PUA tədarükçüsü olub.

Hesabata görə, Türkiyə 2018-ci ildən bu yana dünya üzrə silahlı PUA satışlarının 65 faizini reallaşdırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”