17 sentyabr 2024 22:27
255

"Ankaragücü" Kenan Koçaka tapşırıldı

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kenan Koçak çalışdıracaq.

Yerli mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.

O, daha əvvəl Türkiyə millisində köməkçi məşqçi funksiyasını yerinə yetirib. 43 yaşlı çalışdırıcı bu postda Cihat Arslanı əvəzləyib.

Qeyd edək ki, "Ankaragücü"ndə çıxış edən Renat Dadaşov cari mövsüm I Liqada 1 qol vurub.