20 sentyabr 2024 11:07
59

2200 manatlıq telefon oğurlayan şəxs saxlanıldı

Oğurluqda şübhəli bilinən şəxslər sağlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 15-də rayon ərazisində yerləşən iaşə obyektində bir nəfərin 2200 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən C.Dadaşlı, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 17-də rayon ərazisində yerləşən parkda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.