26 sentyabr 2024 10:57
292

"Qarabağ" üçün İngiltərə,"Fənərbaxça" üçün Belçika sınağı

 Bu gün Avropa Liqasının Liqa mərhələsində 1-ci tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, turun ikinci oyun günündə 9 matç keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” səfərdə “Tottenhem”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Həmçinin bu gün qardaş ölkə Türkiyənin 2 klubu da meydana çıxacaq. “Fənərbaxça” “Yunion”u qəbul edəcək. “Beşiktaş” isə “Ayaks”ın qonağı olacaq.

Qeyd edək ki, 2-ci turun matçları oktyabrın 3-də keçiriləcək.

Xatırladaq ki, Avropa Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda yarışın 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı olanlar isə avrokuboklarda mübarizəni başa vururlar.

Avropa Liqası, Liqa mərhələsi, 1-ci tur 

26 sentyabr

20:45."Fənərbaxça" (Türkiyə) - "Yunion" (Belçika) 

20:45."Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya)

23:00."Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə)

23:00."Roma" (İtaliya) - "Atletik" (İspaniya)

23:00."Braqa" (Portuqaliya) - "Makkabi" (Təl-Əviv, İsrail)

23:00."Ayntraxt" (Almaniya) - "Viktoriya" (Çexiya)

23:00."Styaua" (Rumıniya) - RFS (Latviya)

23:00."Lion" (Fransa) - "Olimpiakos" (Yunanıstan)

23:00."Tottenhem" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)