26 sentyabr 2024 13:49
164

16 yaşında "Arsenal"ın tarixinə düşdü

“Arsenal”ın 16 yaşlı qapıçısı Cek Porter klubun tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, o, İngiltərə Liqa Kubokunun 3-cü mərhələsinin ev oyununa “Bolton Uonderers”lə (5:1) matçda meydana çıxmaqla yeni klub rekordu müəyyənləşdirib.

Porter "Arsenal"ın əsas komandasında rəsmi oyun keçirən ən gənc oyunçu olub. Debüt matçının keçirildiyi gün onun yaşı 16 yaş 72 günlüyü idi.

Qeyd edək ki, Cek "Arsenal"ın yetirməsidir.