26 sentyabr 2024 15:03
306

"Nyukasl" 17 yaşlı gürcü futbolçunun transferi ilə bağlı razılığa gəlib

İngiltərənin "Nyukasl" klubu Tbilisi "Dinamo"su və Gürcüstanın gənclərdən ibarət millisinin hücumçusu Vaxtanq Saliyanın transferi ilə bağlı razılığa gəlib.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı vingerin keçidi yetkinlik yaşına çatdıqdan sonra rəsmiləşdirilə bilər.

Gürcü futbolçu istedadına görə Xviça Kvaratsxeliya ilə müqayisə edilir. "Nyukasl"la yanaşı, İspaniyanın "Real", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund) klubları da gənc futbolçuya dəvət göndərib.

Qeyd edək ki, “Nyukasl" 4 qat İngiltərə çempionudur. “Sağsağanlar” altı dəfə ölkə kubokunu, bir dəfə isə Superkubokunu qazanıb. Komanda bu mövsüm keçirilən beş matçdan sonra Premyer Liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.