İtaliya millisnin sabiq futbolçusu Mario Balotelli karyerasını Bolqarıstanda davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "TopsportBG" məlumat yayıb.
İtaliyanın "Milan" və İngiltərənin "Mançester Siti" klublarının sabiq hücumçusu ÇSKA (Sofiya) ilə müqavilə imzalamaq ərəfəsindədir.
Qeyd edək ki, M.Balotelli 2012-ci ildə Ukrayna və Polşada təşkil olunan Avropa çempionatında İtaliya millisinin heyətində gümüş medal qazanıb. Forvard “İnter”in tərkibində üç dəfə İtaliya, “Mançester Siti” komandasında isə İngiltərə çempionu olub. Bu yay Türkiyənin "Adana Dəmirspor" klubundan ayrılan 34 yaşlı ön xətt oyunçusu hazırda azad agentdir.