Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül ölkəsinin 21 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi təyin edilib.
“İki sahil” xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin növbəti iclasında qəbul olunub.
39 yaşlı sabiq müdafiəçi 2024-cü ilin mart ayından U-21-də köməkçi məşqçi vəzifəsini icra edirdi.
Qeyd edək ki, G.Gönül futbolçu karyersında "Fənərbağça" və "Beşiktaş" klublarında çıxış edib. O, 66 dəfə "ay-ulduzlu" formanı geyinib.