UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – "Qarabağ" matçı gözlənilən vaxtdan gec başlayacaq.
“İki sahil” xəbər verir ki, buna səbəb Londonda yaşanan tıxac problemidir.
Görüşün saat neçədə başlayacağı barədə hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi.