28 sentyabr 2024 20:30
93

Lavrov: Rusiya fələstinlilərin ABŞ silahları ilə öldürülməsinə dərhal son qoymağa çağırır

Rusiya Federasiyası fələstinlilərin ABŞ silahları ilə öldürülməsinə dərhal son qoymağa çağırır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, İsrailin mobil cihazların partladılması ilə Livana hücumunu qeyri-insani adlandırıb və bunun araşdırılmasına çağırıb. Lavrov bildirib ki, ABŞ İsrailin Livanda mobil cihazların partlaması hücumuna hazırlığından xəbərdar olub.