SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Dərbəndqala - BHOS” komandası Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Bəşəriyyət naminə texnologiyalar üzrə sosial innovasiyalar kateqoriyasında ikinci yeri tutub.
“İki sahil” xəbər verir ki, komandanın elmi rəhbəri Ali Məktəbin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Emiliya Əhmədova, üzvləri isə Proseslərin avtomatlaşdırılması ixtisasının 4-cü kurs tələbələri Zahid Abdullayev, Rəna İsayevə, Rəvan Xıdırov və Biznesin idarə edilməsi ixtisasının 4-cü kurs tələbəsi Murad Əliyevdir.
“Dərbəndqala - BHOS” komandası öz kateqoriyası üzrə ən yüksək bal-97 bal, toplayaraq birinciliklə “Teknofest” finalına vəsiqə qazanıb və finalda 86,31 toplayaraq yarışı ikinciliklə bitirib. Bununla yanaşı, “Dərbəndqala - BHOS” komandası öz kateqoriyası finala vəsiqə qazanmış yeganə xarici komanda olub.
Komandamız 50,000 TL dəyərində pul mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi 2-6 oktyabrda Adanada baş tutacaq.
Xatırladaq ki, Ali Məktəbin “BHOSWARE” komandası Festivalın “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yeri qazanıb. Komandamız 180,000 TL dəyərində pul mükafatına layiq görülüb.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR