30 iyul 2026 20:02
146

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə TANAP və "SOCAR Türkiyə"nin İdarə heyətlərinin iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" hesabında paylaşım edib.

R.Nəcəf qeyd edib ki, iclasda "SOCAR Türkiyə"nin fəaliyyət nəticələri və strateji layihələrin icra vəziyyəti dəyərləndirilib, əməliyyat səmərəliliyi, rəqəmsal transformasiya, innovasiya və dayanıqlı artım üzrə qarşıdakı dövrün əsas prioritetləri müzakirə edilib.

O, həmçinin əlavə edib ki, TANAP üzrə isə layihənin Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfə, əməliyyat göstəriciləri və növbəti mərhələ üçün əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib:

"Əldə etdiyimiz bütün nəticələrin arxasında güclü komandalarımızın böyük əməyi dayanır. Əminəm ki, fəaliyyət modelimiz və uzunmüddətli strateji baxışımızla Türkiyənin enerji gələcəyinə dəyər qatmağa, regionun enerji təhlükəsizliyini daha da gücləndirməyə və ölkələrimiz arasındakı strateji müttəfiqliyi möhkəmləndirməyə davam edəcəyik".