15 noyabr 2017 20:08
867

Gözəllik müsabiqəsinin qalibi məlum olub

“Miss International 2017” gözəllik müsabiqəsinin qalibi məlum olub

Yaponiyanın paytaxtı Tokioda “Miss International 2017” gözəllik müsabiqəsi keçirilib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, müsabiqəyə dünyanın 70 ölkəsindən təmsilçilər qatılıb. Onlardan yalnız 15-i yarışın sonuncu mərhələsinə vəsiqə qazanıb.

Müsabiqənin qalibi İndoneziyadan olan 21 yaşlı Kevin Liliana olub. O, həmçinin “Best Dresser Miss” tituluna da layiq görülüb.

Onun Kürasao, Venesuela və Avstraliyadan olan ən yaxın rəqibləri isə “vitse-miss” adına qazanıblar.