05 oktyabr 2024 23:49
91

Rusiyanın ABŞ-dakı səfiri dəyişəcək

Rusiyanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Anatoli Antonov səfir fəaliyyətini başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, A. Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub və Moskvaya qayıdır.

Qeyd edək ki, Antonov 2017-ci ilin avqustunda Rusiyanın ABŞ-dəkı səfiri təyin olunub. Buna kimisə o, müdafiə nazirinin müavini vəzifəsində çalışıb.