06 oktyabr 2024 00:23
101

23 yaşlı gənci elektrik cərəyanı vurub

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

“İki sahil” xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavod” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.