07 oktyabr 2024 09:42
450

Ermənistan 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədib

Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki şəxslər həlak olub.

“İki sahil” xəbər verir ki,  bunu müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov oktyabrın 7-də Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) deyib.

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədib: "Mülki əhali, infrastruktur, bağçalar, məktəblər hərbi məqsədlər üçün atəşə tutulub. Ermənistan 30 il ərzində itkin düşən dörd min azərbaycanlı haqqında məlumat vermir".