10 oktyabr 2024 08:16
341

Kaxa Kaladze: Avropa Parlamentinin qətnaməsi Gürcüstan üçün heç bir əhəmiyyət kəsb etmir

Avropa Parlamentinin qətnaməsinin Gürcüstan üçün heç bir dəyəri yoxdur və heç bir əhəmiyyət kəsb etmir.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze söyləyib. Onun sözlərinə görə, onlar yenə də Saakaşvilinin qeyd-şərtsiz azad edilməli olduğunu təkrar edir, Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edirlər.

“Rusiyaya qarşı sanksiyalara gəldikdə, biz müharibənin nə olduğunu və onun nə qədər bəlalar gətirdiyini bilirik. Sanksiyaların nəyə gətirib çıxara biləcəyini də bilirik. Əgər zəif hakimiyyət olsaydıq, bəzilərindən qorxub sanksiyalara qoşulardıq və bu zaman işləyən kəndli, Gürcüstanın iqtisadiyyatı zərər çəkərdi, bəlkə də məqsəd məhz bu idi”, – deyə Kaladze vurğulayıb.