11 oktyabr 2024 08:21
103

Hansı yollarda tıxac müşahidə edilir?

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

“İki sahil” xəbər verir ki,  bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.