11 oktyabr 2024 11:13
75

Doqquz ayda pensiya ödənişlərinə 4 milyard 860 milyon manat vəsait yönəldilib

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (584 milyon manat) çox olmaqla, 4 milyard 860 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.

Yanvar-sentyabr aylarında 29 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 131 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.