11 oktyabr 2024 08:36
87

Baş prokuror Gəncəyə səfər edib

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Gəncəyə səfər edib.

“İki sahil” xəbər verir ki, Kamran Əliyev şəhərin Gülüstan qəsəbəsində yerləşən “İstiqlal” parkındakı “Memorial Abidə Kompleksi”ni ziyarət edib, önünə gül dəstələri qoyub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib.