Beyləqan rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı Əliyev Şəfa Süleyman oğlu həlak olub. Xəsarət alan Əliyev Əlizamin Şəfa oğlu, Həsənov Həsən Əbilqasım oğlu və Məmmədov Zəfər Gülmirzə oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanıb.