12 oktyabr 2024 00:16
109

Rusiya Ukraynanın itkilərini açıqladı - 961-ci gün

Rusiya müharibənin 961-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 33 419 PUA-sı, 582 zenit-raket kompleksi, 18 607 tank və digər zirehli texnikası, 1 470 reaktiv yaylım atəş sistemi, 15 988 artilleriya və minaatanı, 27 145 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.