11 oktyabr 2024 19:39
139

Almaniya Bundestaqının qətnaməsi ədalətsizdir - Kobaxidze

Gürcüstanın Baş naziri Almaniya Bundestaqının qətnaməsini ədalətsiz adlandırıb.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Almaniya Bundestaqının qətnaməsinin ədalət və prinsiplərlə heç bir əlaqəsi yoxdur: "Bu qərar çox təəssüf doğurur. Bundestaqın bu ölkədə demokratik keçid edən insanları yenidən cəzalandırmağı tələb edən qətnamə qəbul etməsi, cinayətkarları qoruması, LGBT təbliğatına qarşı qanun qəbul olunmasını tələb etməsi heyrətləndiricidir”. (Report)