12 oktyabr 2024 08:45
316

“Fitch” Fransanın reytinq proqnozunu “mənfi”yə dəyişib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Fransanın suveren reytinqini “AA-“ səviyyəsində təsdiqləyib və proqnozu “mənfi”yə yeniləyib.

“İki sahil” xəbər verir ki, müvafiq bəyanat agentliyin saytında dərc edilib. Qeyd olunur ki, “Fitch” Fransanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqinin proqnozunu “stabil”dən “mənfi”yə dəyişdirib. Agentlik bildirib ki, Fransanın reytinq göstəriciləri böyük və diversifikasiya olunmuş iqtisadiyyat, institutların səmərəliliyi və makromaliyyə sabitliyi ilə dəstəklənir.