13 noyabr 2017 21:00
799

Növbəti ixrac missiyamız Çində səfərdədir

Azərbaycanın növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərindədir.

AZƏRTAC xəbər verir ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 13 yerli şirkətin nümayəndəsi daxildir.

Qeyd edək ki, Şanxay şəhərinə təşkil olunmuş ixrac missiyası sayca 9-cudur.