13 noyabr 2017 16:44
804

Bir gündə 25 milyardlıq alış-veriş etdilər

Çinin internet-ticarət portalı olan “Alibaba Group Holdings Ltd” noyabrın 11-i bu ölkədə qeyd olunan yalqızlar günü və ya Subaylar günü rekord göstəricidə satış həyata keçirib.

Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki,bu barədə şirkət öz rəsmi bloqunda məlumat yerləşdirib.

Məlumata əsasən həmin gün “Alibaba” platformalarında həyata keçirilən satışların ümumi həcmi 25,3 milyard dollar olub. Bu da ötən il qeydə alınan göstəricidən 39% yuxarıdır. 

2016-cı ilin rekordu (17,8 milyard) satışların başlamasından 13 saat sonra qırılıb. 

Ümumilikdə kompaniyada 140 min brend iştirak edib ki, onlardan da 60 mini beynəlxalq brenddir.